"Britaniya ilə Azərbaycan arasında güclü əlaqələr mövcuddur" - Vendi Morton - VİDEO

Hazırda oxunan: "Britaniya ilə Azərbaycan arasında güclü əlaqələr mövcuddur" - Vendi Morton - VİDEO

11216

"Birləşmiş Krallıq ilə Azərbaycan xalqları, mədəniyyətləri və təhsili arasında güclü əlaqələr mövcuddur".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Avropa qonşuluğu üzrə dövlət naziri Vendi Morton mətbuata açıqlamasında deyib.

 

MÖVZU İLƏ BAĞLI:

Vendi Morton Bakıya niyə gəlib? – Politoloq açıqladı 


"Azərbaycanın zəngin mədəni irsini burada Uels Şahzadəsinin Ənənəvi İncəsənət Məktəbində şəxsən görməkdən məmnunam".

"Bir az əvvəl qadınları və qızları məişət zorakılığından qorumaq üçün əhəmiyyətli işlər görən qadın sığınacağına səfər etdim".

Bundan əlavə, gender bərabərliyini təşviq etmək üçün mühüm işlər görən azərbaycanlı qadın liderlərlə də görüşmək imkanım oldu. Dövlət naziri kimi, bu sahədə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edəcəyəm", - o bildirib.

V.Morton vurğulayıb ki, güclü və uzunmüddətli sülhün qurulmasında qadınlar mühüm rol oynaya bilər: "Qadınlar danışıqlar masasında olduğu hallarda, sülh razılaşmasının həyata keçirilməsi və davamlı olması ehtimalı daha yüksəkdir".

"Silahlı qarşıdurma hər zaman qadınlar və qızlar üzərində mütənasib təsir göstərir və bu səbəbdən də Azərbaycan hökumətinin Qadınlar, Sülh və Təhlükəsizlik üzrə Milli Fəaliyyət Planını qəbul etməsi xüsusi əhəmiyyət daşıyır".

"Birləşmiş Krallıq qadın və qızların hüquqlarını və gender bərabərliyini təşviq edən qabaqcıl ölkələrdən biridir və biz xüsusilə Azərbaycanı qadınları məişət zorakılığından qoruyacaq İstanbul Konvensiyasını imzalamağa təşviq edirik".

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO