Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 3 moduldan ibarət olan “Media Menecmenti” təlim proqramının ikinci modulu keçirilib.
Bizim.Media xəbər verir ki, “onlayn media menecmenti” mövzusunda keçirilən ikinci modulda Litvanın Baş nazirinin mədəniyyət üzrə ictimai müşaviri, inkişaf və innovasiyaya verdiyi töhfəyə görə iki dəfə regionun ən yaxşı marketinq direktorlarından biri seçilmiş Ornela Ramasauskaite çıxış edib.
O, iştirakçılara “Onlayn media subyektlərinin idarə olunması: ənənəvi və müasir dövrdə üsullar və alətlər”, “Qlobal rəqəmsal tendensiyalar və proqnozlar”, “Funksional və istifadəçi mərkəzli platformanın inkişafı, reklamların cəlb olunması”, “Rəqəmsal trendlər” və s. kimi mövzularda təlim keçib, qeyd olunan istiqamətlərdə geniş fikir mübadiləsi aparılıb.
Dekabrın 29-na qədər 60-dan çox media menecerinin iştirakı ilə davam edəcək “Media Menecmenti” təlim proqramının əsas məqsədi ənənəvi və rəqəmsal media ilə işləyərək daha keyfiyyətli məzmunun yaradılmasına, jurnalistika sahəsində yaranan yeni imkanların və mediada yeni tendensiyaların öyrənilməsinə, rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsinə töhfə verilməsidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:55 / 28.12.2022
“Media Menecmenti” təlim proqramının ikinci modulu keçirilib - FOTO
Hazırda oxunan: “Media Menecmenti” təlim proqramının ikinci modulu keçirilib - FOTO
Hazırda oxunan: “Media Menecmenti” təlim proqramının ikinci modulu keçirilib - FOTO
112100
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.