Kürdəmirdə tövlə yandı - 3 ton ot bağlaması MƏHV OLDU 

Kürdəmirdə tövlə yandı - 3 ton ot bağlaması MƏHV OLDU 

Hazırda oxunan: Kürdəmirdə tövlə yandı - 3 ton ot bağlaması MƏHV OLDU 

111783

Kürdəmirdə vətəndaşa məxsus tövlə yanıb. Yanğın zamanı tövlədə olan 7 ton ot bağlamasından 3 tonu  yanaraq külə dönüb. 

Bizim.Media xəbər verir ki, hadisə rayonun Karrar kəndində qeydə alınıb.  

Belə ki, kənd sakini Əkbərov Aqil Nurulla oğluna məxsus ümumi sahəsi 300 kv metr olan tövlənin dam örtüyündə anidən yanğın başlayıb. Yanğın qısa zamanda bütün tövləni bürüyüb.

Dərhal hadisə yerinə FHN-nin Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb.

Yanğın zamanı tövlənin 130 kv metr hissəsi və tövlədə olan 7 ton ot bağlamasından 3 tonu yanaraq külə dönüb.

İlkin olaraq yanğına səbəb elektrik naqillərində yaranan qısaqapanma göstərilir. 

Hazırda faktla bağlı araşdırma aparılır. 

Aqil Əsədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO