Bəzi insanlar yuxuya olan həvəsləri ilə ön plana çıxır. Onlar heç vaxt səhər tezdən durmağı sevmirlər. Onlar üçün səhər yuxusu əvəzedilməzdir. Bu şəxslər bəzən çox önəmli işlərini belə sırf səhər gec oyanmaq üçün təxirə sala bilirlər.
Bizim.Media səhərlər yuxudan oyana bilməyən bürclərin siyahısını təqdim edir:
Tərəzi
Hər zaman öz başına düşünməyi bacaran Tərəzilər yuxusundan oyandırılmağı sevmirlər. Tənbəlliyi sevdikləri üçün yatmağı da sevirlər. Lakin səhər gec oyanacaqlarını nəzərə aldıqları üçün, işlərini də ona uyğun planlaşdırır və hər şeyi zamanında təhvil verməyi bacarırlar.
Xərçəng
Xərçəng yatmağı, dincəlməyi və ümumiyyətlə evdə olmağı xoşlayır. Onlar hətta yatmaqla depressiyadan qurtulacaqlarına da inanırlar. Bu səbəbdəndir ki, xərçənglər əhvalları yaxşı olmayanda dərhal yatağa üz tuturlar.
Əqrəb
Əqrəb yorğunluğunu yuxu ilə çıxarır. Ona görə də səhər tezdən durmaq onun üçün deyil. Yuxularını bölən insanlar əqrəbin gözünün düşmənidir.
Buğa
Tənbəllik deyəndə ilk ağılagələn insanlar olan buğaların siyahıda olmaması təəccüblü olardı. Əslində buğalar üçün yuxunun səhər, günorta ya da axşam olması o qədər də fərq etmir. Əsas odur ki, narahat edilmədən yata bilsinlər.
Bizim.Media
![Səhər tezdən oyanmağa nifrət edən BÜRCLƏR – Yatağan DÖRDLÜK Səhər tezdən oyanmağa nifrət edən BÜRCLƏR – Yatağan DÖRDLÜK](https://bizim.media/file/articles/2022/12/26/1672062910_3.jpg)
- A-
- A
- A+
Cəmiyyət
07:45 / 27.12.2022
Səhər tezdən oyanmağa nifrət edən BÜRCLƏR – Yatağan DÖRDLÜK
Hazırda oxunan: Səhər tezdən oyanmağa nifrət edən BÜRCLƏR – Yatağan DÖRDLÜK
Hazırda oxunan: Səhər tezdən oyanmağa nifrət edən BÜRCLƏR – Yatağan DÖRDLÜK
111775
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.