Meşələrimiz erməni vandalizmi nəticəsində məhv edilib

Meşələrimiz erməni vandalizmi nəticəsində məhv edilib

Hazırda oxunan: Meşələrimiz erməni vandalizmi nəticəsində məhv edilib

1117

Ermənistanın işğal etdiyi ərazilərdə həyata keçirdikləri kortəbii istismar nəticəsində bölgənin təbii sərvətlərinə, ətraf mühitinə, biomüxtəlifliyinə külli miqdarda zərər dəyib.

Bu barədə Bizim.Media-ya  Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

Onun sözlərinə görə, bu ərazilərdə işğala qədər 2000-dən çox ali bitki növü mövcud olub. Bu da Azərbaycan florasının 42 faizini təşkil edir. «Bölgədəki 50-yə yaxın fauna, 70-dən çox flora növü dünyanın, eyni zamanda Azərbaycanın “Qırmızı Kitab”ına salınıb.Təəssüf ki, həmin növlərin hazırkı vəziyyəti barədə əlimizdə heç bir dəqiq məlumat yoxdur». 

Nazir müavini qeyd edib ki, Qarabağdakı qoruq və yasaqlıqlarda Xarı bülbüllə yanaşı, Şərq çinarı, Əkin şabalıdı, Şuşa vələsi, Vələsyarpaq azat, Giləmeyvəli qaraçöhrə və digər nadir ağac növləri qorunurdu. V. Kərimov bildirib ki, respublikamızın meşə sahələrinin 25 faizi işğal altında olan ərazilərdə yerləşir və qiymətli meşələrin əksəriyyəti erməni vandalizmi nəticəsində məhv edilib: “İşğaldan azad olunmuş ərazilərdə aidiyyəti qurumlarla birgə genişmiqyaslı monitorinqlər aparılacaq, bölgənin ətraf mühitinə, təbii sərvətlərinə, landşaftına və meşələrinə, həmçinin bitki və heyvanat aləminə dəymiş ziyanın hərtərəfli qiymətləndirilməsi həyata keçiriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO