Sumqayıtda karantini pozan restoranın icarədarı həbs edildi

Sumqayıtda karantini pozan restoranın icarədarı həbs edildi

Hazırda oxunan: Sumqayıtda karantini pozan restoranın icarədarı həbs edildi

11160

Polis əməkdaşları tərəfindən Sumqayıt şəhərində karantin rejimi qaydalarını pozaraq gecə saatlarında fəaliyyət göstərən restoran aşkar edilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, fevralın 6-da gecə saat 1 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi və Post-Patrul Xidmətinin əməkdaşları şəhərin 6-cı məhəllə ərazisində yerləşən “Zeytun” restoranının sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərdiyini müəyyən ediblər.

Polis əməkdaşları tərəfindən restoranı icarə əsasında işlədən şəhər sakini Ş.Əkbərov ilə profilaktik söhbətlər aparılıb və karantin qaydalarına əməl etməyin vacibliyi onun diqqətinə çatdırılıb.

Ş.Əkbərov barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) protokol tərtib olunaraq məhkəməyə göndərilib.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə Ş.Əkbərov 10 gün müddətinə inzibati qaydada həbs olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO