1.5 ton mandarin daşıyan avtomobil yandı - FOTO

1.5 ton mandarin daşıyan avtomobil yandı - FOTO

Hazırda oxunan: 1.5 ton mandarin daşıyan avtomobil yandı - FOTO

110972

Kürdəmirdə avtomobil hərəkətdə olarkən anidən yanıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sürücü 34 yaşlı Qazax rayon sakini Davudov Elvin Adil oğlu içərisi bir ton yarım mandarinlə dolu “FORD” markalı avtomaşınla həmin yolda hərəkətdə olarkən avtomobililində anidən yanğın başlayıb.
Sürücü əvvəlcə yanğını özü söndürməyə cəhd etsə də, buna nail ola bilməyib.

Dərhal hadisə yerinə FHN-nin Kürdəmir rayon dövlət yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. 

Yanğın söndürülüb və digər əraziyə keçməsinin qarşısı alınıb. Yanğın zamanı avtomobildəki meyvələrin 400 kq-ı yanıb, qalanı isə yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılıb. Hadisəyə səbəb isə avtomobilin elektrik naqillərindəki qısaqapanma göstərilir. Hazırda fakt araşdırılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO