BÜRCLƏRİN açıqlamağa utandıqları ÖZƏLLİKLƏRİ

BÜRCLƏRİN açıqlamağa utandıqları ÖZƏLLİKLƏRİ

Hazırda oxunan: BÜRCLƏRİN açıqlamağa utandıqları ÖZƏLLİKLƏRİ

110867

İnsanların doğulduqları bürclərə görə fərqli özəlliklərə sahib olduqlarını qeyd etmişik. Adətən, bürclərlə bağlı danışarkən də, insanların ağlına ilk növbədə müsbət və mənfi xüsusiyyətlər gəlir.
Lakin bürclərin hər kəsdən gizlətdikləri, açıq söyləməyə çəkindikləri özəllikləri də var. 

Bizim.Media bürclərin söyləməyə utandıqları özəlliklərini təqdim edir.

Qoç

Qoçlar harada olmaqlarından asılı olmayaraq bir nömrəli şəxs olmağı istəyirlər. Onlar nə qədər ciddi, güclü görünsələr də əslində duyğusal insanlardır və bunu hər kəsdən gizlətməyə çalışırlar.

Buğa

Buğalar hər şeyə sahib olmaq istəyirlər. Onların tükənməyən iştahası, daim ac olmaları isə etiraf etməyə utandıqları özəllikləridir.

Əkizlər

Əkizlər üçün həyatda ən önəmli məsələ bütün suallarına cavab tapmaqdır. Hər şeydən tez sıxılmaları isə onların gizli saxlamağa çalışdıqları xüsusiyyətidir.

Xərçəng

Xərçənglər ailələri ilə vaxt keçirib, sevdiklərinin qayğısına qalmağı həyatlarının ən böyük xoşbəxtliyi hesab edirlər. Eyni zamanda bu qayğıkeşliklərini gizli saxlamaq istəyirlər.

Şir

Şirlərin eqoları yalnız bütün dünyanı idarə etdikləri halda sakitlik tapa bilər. Amma nə qədər güclü görünsələr də, onlar hər sözdən asanlıqla təsirlənirlər.

Qız

Bu bürcün nümayəndələri hər kəsin tanıdığı qəhrəman olmaq istəyirlər. Açıqlamağa utandıqları özəllikləri isə xəsislikdir.

Tərəzi

Tərəzilər daim sevmək, sevilmək istəyirlər. Onlar nə qədər tarazlı və işgüzar görünməyə çalışsalar da, əslində olduqca tənbəldirlər. 

Əqrəblər

Bu bürcün nümayəndələri başqalarının həyatlarına dair hər şeyi bilmək, bütün nəzarəti öz əllərində saxlamaq arzusundadırlar. Əqrəblər qısqanclıqlarını və hər kəsdən şübhələndiklərini pərdələməyə çalışırlar. 

Oxatan

Bu bürcün nümayəndələri sözünün yerini bilmir, harda nə gəldi danışırlar. Lakin nə qədər azadlıqsevər görünsələr də, oxatanlar hər zaman insanların onların qoyduğu qaydalara görə yaşamasını istəyirlər. 

Oğlaq

Oğlaqlar reputasiyasına olduqca önəm verir, eyni zamanda xəsislikləri ilə fərqlənirlər. Xəsisliklərinə rəğmən isə bütün ehtiyaclarının qarşılanmasını arzulayırlar.

Dolça

Dolçalar məsələnin nə olmasından asılı olmayaraq, baş verənlərə istehza ilə yanaşırlar, eyni zamanda qəzəbli insanlardır. Onların gizli saxladıqları istəkləri isə tamamilə azadlıqdır.

Balıq

Bu bürcün nümayəndələri həm düşüncələrində, həm də davranışlarında dağınıq şəxslərdir. Onların açıqlamağa utansalar da, gizlətməyi elə də bacarmadıqları istəkləri isə qeyd-şərtsiz sevgini tapmaqdır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO