Maşında sıxılıb qalmış şəxsin xilas anları - VİDEO

Maşında sıxılıb qalmış şəxsin xilas anları - VİDEO

Hazırda oxunan: Maşında sıxılıb qalmış şəxsin xilas anları - VİDEO

110762

Ötən gün axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağstafanın Dağ Kəsəmən kəndində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. 

FHNdən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal yanğınsöndürən-xilasedicilər cəlb edilib. Müəyyən olunub ki, “VAZ-2107” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sərnişin - 1991-ci il təvəllüdlü Qocayev Musa Şahin oğlu deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalıb. 

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan və müxtəlif bədən xəsarətləri alan vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. 

Hadisə ilə əlaqədar təhqiqat aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO