Cəbrayılda 40 min ting ƏKİLƏCƏK – FOTO

Cəbrayılda 40 min ting ƏKİLƏCƏK – FOTO

Hazırda oxunan: Cəbrayılda 40 min ting ƏKİLƏCƏK – FOTO

110752

Azərbaycan və Türkiyənin birgə təşəbbüsü ilə Cəbrayıl rayonunda yaradılan “Dostluq Meşəsi” Kompleksində ağacəkmə tədbirləri mövsümün əvvəlindən etibarən davamlı şəkildə həyata keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov bildirib ki, həm "Dostluq meşəsi" sahəsində, həm də işğaldan azad olunmuş ərazilərin əsasən mürəkkəb relyefli, sərt yamaclarında gündəlik olaraq ağacəkmə tədbirləri keçirilir, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə Nazirliyin tinglik sahələrində yetişdirilən ağac tingləri əkilir, toxumlar səpilir, həmçinin əkinlərdə Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Orman Genel Müdürlüyü tərəfindən ölkəmizə göndərilən 1000-dən çox ağac tingindən istifadə olunur.

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin və Türkiyə Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Orman Genel Müdürlüyünün birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin yekununda “Dostluq Meşəsi” və ətraf ərazilərdə, ümumillikdə 65 hektar sahədə 40 min tingin əkilməsi planlaşdırılır”.

Xidmət rəsmisinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə 2021-ci ildə qəbul edilmiş Azərbaycan-Türkiyə/Qarabağ Tədbirlər Planı çərçivəsində həyata keçirilən layihələrdən biri Cəbrayıl rayonunda “Dostluq Meşəsi” Kompleksinin yaradılması olub.

"Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə olduğu kimi, ətraf mühitin mühafizəsi sahəsində də uğurla inkişaf etdiyini göstərən bu layihənin məqsədi yaşıllıqların artırılması, ətraf mühitin sağlamlaşdırılmasıdır."

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO