“Günəşli”x9dni söndürməyə gedən komandir vəfat etdi  - FOTO

“Günəşli”x9dni söndürməyə gedən komandir vəfat etdi - FOTO

Hazırda oxunan: “Günəşli”x9dni söndürməyə gedən komandir vəfat etdi - FOTO

110425

Dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli”x9d yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün qəza ərazisinə ilk yaxınlaşan “Vixr-9”x9d yanğınsöndürmə gəmisinin komandiri vəfat edib.

“Qafqazinfo”x9d xəbər verir ki, son günlərin ağır və gərgin iş rejimi ilə ekstremal şəraitdə yanğınsöndürmə əməliyyatında qəhrəmancasına iştirak edən daxili xidmət polkovnik-leytenantı Kryuçkov Vyaçeslav Sergeyeviçin dekabrın7-də səhhəti qəfil pisləşib. Sabunçu rayonundakı 3 saylı Şəhər xəstəxanasına yerləşdirilən komandir həkimlərin səylərinə baxmayaraq bu gün xəstəxanada ürək çatışmazlığından vəfat edib.

Kryuçkov Vyaçeslav Sergeyeviç 22 mart 1970-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dənizçilik Məktəbini bitirib. 17 sentyabr 1991-ci ildən yanğından mühafizə orqanlarında xidmət edib, 10 noyabr 2008-ci ildən isə “Vixr-9”x9d yanğınsöndürmə gəmisinin komandiri vəzifəsində çalışıb. 
İki övladı var.

 

   “Günəşli”x9dni söndürməyə gedən komandir vəfat etdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO