Sabah güclü külək əsəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Sabah güclü külək əsəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ

Hazırda oxunan: Sabah güclü külək əsəcək, yağış və qar yağacaq - XƏBƏRDARLIQ

110348

Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Bizim.Media Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, dekabrın 20-də arabir yağıntılı olacaq.

Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.

Dekabrın 19-dan 20-nə keçən gecə şimal və qərb rayonlarından 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu dağlıq və dağətəyi rayonlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı, aran rayonlarında isə gecə saatlarında 0° -yə yaxınlaşacağı gözlənilir.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO