Bu gün Ukrayna və Azərbaycan arasında diplomatik münasibətlərin 29-cu ildönümü qeyd edilir.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının “Xalqa xidmət” (“Sluqa naroda”) fraksiyasından olan deputatı Lyudmila Marçenko öz "Facebook" səhifəsində paylaşım edib.
MÖVZU İLƏ BAĞLI:
Ukrayna xarici hərbçilərə qapılarını açır – Ali Radadan qanun layihəsi
Millət vəkili Azərbaycan və Ukrayna arasındakı dostluq münasibətindən məmnunluğunu bildirib.
Qeyd edək ki, ukraynalı millət vəkili Azərbaycanın Qarabağın azad olunması uğrunda erməni silahlı qüvvələrinə qarşı apardığı mübarizədə hər zaman ölkəmizə dəstək çıxışları ilə seçilib.
Bizim.Media