Maqnit qasırğası zamanı NƏ ETMƏLİ? – “Başınızı qoruyun...”

Maqnit qasırğası zamanı NƏ ETMƏLİ? – “Başınızı qoruyun...”

Hazırda oxunan: Maqnit qasırğası zamanı NƏ ETMƏLİ? – “Başınızı qoruyun...”

110109

Son bir neçə gündə baş ağrısından, təzyiqin enib-artmasından şikayət edənlərin sayında artım var. Mütəxəssislərin xəbərdarlıq etdiyi kimi, bu da havada maqnit qasırğasının, şüalanmanın çox olması ilə bağlıdır. Qan təzyiqi yüksək olan, hipertoniyadan əziyyət çəkən, insult və ya infarkt keçirmiş insanlar qasırğalar zamanı daha çox əziyyət çəkir.

Həkim-terapevt Mətanət Vəliyeva Bizim.Media-ya açıqlamasında sözügedən qasırğalar zamanı meteohəssas insanların daha çox günlük rejimində diqqətli olmalarını dilə gətirib:

“Maqnit qasırğası insanın orqanizminə təsir edir, əsəb, sinir sistemi xüsusi həssaslıq nümayiş etdirir. Qan dövranında problemləri olanlar üçün belə günlər daha təhlükəlidir. Biz də təbiətin bir parçasıyıq, ona görə də bunun hiss etməməyimiz mümkün deyil. 20-30 il öncədən fərqli olaraq bəlli qurumlar elektromaqnit qasırğasının Yer kürəsinə təsirini texnologiya vasitəsilə azaldıb, minimuma endiriblər.

Maqnit qasırğası olan günlərdə insanlarda baş verən dəyişikliklər baş ağrısı, təzyiq yüksəlməsi, ürək xəstəlikləri olan insanlarda isə ağrıların olması şəklində özünü göstərir.

Bunun da səbəbi qanın tərkibindəki dəmir elementinin elektromaqnit qasırğasının təsirindən qan laxtalanması məsələsi ortaya çıxır ki, bu da öz növbəsində həmin o fəsadları verir. Maqnit qasırğası qanın reoloji xüsusiyyətində özünü göstərir ki, bu da qan təzyiqinin artmasına, trompların əmələ gəlməsinə, nəticə etibarı ilə ən pis halda infarkta qədər gətirib çıxara bilir. Belə günlərdə necə deyərlər başınızı və ürəyinizi qorumalısınız”.

Həkimin sözlərinə görə, maqnit qasırğasından yayınmaq çox az hallarda baş verir, lakin onun təsirlərini azaltmaq isə insanların özündən birbaşa asılıdır:

“Əgər insanlar özlərində cüzi dəyişiklik hiss edərlərsə, mütləq şəkildə həkimə müraciət etməlidirlər. Həkimin təyinatı olmadan dərman qəbulunu azaltmaq, artırmaq, kəsmək və ya əlavə dərman qəbul etmək içməmək kimi durumlar tövsiyə olunmur. Gün ərzində 2 litrədək maye qəbul etmək məsləhətdir. Şəkər və yüksək təzyiqdən əziyyət çəkənlər mütləq ki, qidalanmalarına diqqət etməlidirlər. Səhər və axşam saatlarında 1 saat təmiz hava qəbul etmək, fiziki aktivliyi isə aşağı salmaq lazımdır”.

Əsas qida rasyonunzda limonlu su, şirin olmayan meyvələr, sitruslar və qatıq, kəsmik kimi qidalar olmalıdır. Həmin günlərdə qanduruducu maddələrdən istifadə etməkdə fayda var. İtburnu-yemişan çayı məsləhət görülən dəmləmələr arasındadır. Qanı qatı saxlmaq qəti olmaz.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO