Diplomlu SAVADSIZLAR ORDUSU – Azərbaycanda peşə təhsili proqramı niyə işləmir?

Diplomlu SAVADSIZLAR ORDUSU – Azərbaycanda peşə təhsili proqramı niyə işləmir?

Hazırda oxunan: Diplomlu SAVADSIZLAR ORDUSU – Azərbaycanda peşə təhsili proqramı niyə işləmir?

110106

Azərbaycanda valideynlərin böyük əksəriyyəti övladlarının maraqlarını, istəklərini heçə sayaraq ali təhsil almaları üçün təzyiq göstərir, bunun üçün repetitor tutur və aylıq büdcələrinin müəyyən hissəsini buna xərcləyirlər. Nəticədə arzusuz diplomlular yetişir, sonra gedib hərə bir işlə məşğul olur. Peşə yönümlü məktəblər və liseylər isə boş qalır, ixtisaslaşmış kadr tapmaq çətinləşir.

Təhsil eksperti Adil Vəliyev məsələ ilə bağlı mövqeyini Bizim.Media-ya izah edib:

“Biz illərdir ki, bu problemi valideynlərə, abituriyentlərə başa salmağa çalışırıq ki, əslində, hər kəs universitetə qəbul edəcək deyə bir məcburiyyət yoxdur. Hər bir insan istədiyi peşə, ixtisasa yiyələnməlidir ki, həm sevərək işləsin, həm də işini sevdiyi üçün daha çox pul qazanmaq imkanı olsun. Bəzi peşə məktəblərində yenidənqurma işləri aparılıb, yenin avadanlıqlar alınıb, yeni ixtisaslar açılıb. Abituriyentlər o ixtisasları bitirdikdən sonra öz işini qura bilər. Diqqətə almaq lazımdır ki, burada valideynlərin böyük təzyiqi var. Əsas da abituriyentlərdən çox valideynlər övladlarının ali təhsilli olmasını istəyir, onlar üçün bu yarışma halını alıb. Valideynlər bir-biriləri ilə bəhsə-bəhs etdiyi üçün özləri də bilmədən övladlarının gələcəyini korlayırlar”.

Sosioloq Ağasəlim Həsənov isə bildirir ki, bu məsələ Azərbaycan cəmiyyəti üçün böyük aktuallıq kəsb edir:

“Bizim toplumda universitet təhsili yaxşı iş əldə etməyin alternativsiz yolu kimi qəbul edilir. Öz müşahidələrimdən çıxış edərək deyə bilərəm ki, yaxşı peşə sahibləri on minlərlə ali təhsilli kadrdan daha yaxşı qazanc əldə edir, daha çox uğurlu olur. Çünki hazırda yaxşı peşə sahiblərinə tələbat, iş imkanları çoxdur”.

Ekspert qeyd edir ki, ali təhsil mərəzi sovet dövründə ailələrə nüfuz etmiş və bir ənənə kimi formalaşmışdır, indi də davam etməkdədir:  

“Sovet dövründən qalan bu fikir son 30 ildir ki, özünü göstərir. Bu mənada ictimai rəy birmənalıdır, hətta mümkün olsa, bütün ailələr ödənişli, ödənişsiz övladlarının ali təhsil almasını təmin edər. Ali təhsili şagirdlər, övladlarımız qarşısında həyat məqsədi olaraq qoymamalıyıq. İmtahan sonrası onsuz hər kəs tələbə adını qazanmır. Bu kütləviliyi azaltmaq üçün uşaqlarımızı peşəyönümlü məktəb, liseylərə yönəltməli, hələ aşağı siniflərdə, az yaşlarından sevdiyi işi seçməsi üçün dəstək olmalı, motivasiya etməliyik”.

Hazırda ölkəmizdə peşə təhsili proqramları işlənsə də bunlar dərinlərə işləyə bilmir. Əksəriyyəti isə formal xarakter daşıyır, onun aşağı siniflərdən istiqamətləndirmə metodları demək olar ki, yoxdur.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO