"Görünür ki, Cəbrayıl keçmişdə gözəl və kiçik şəhər idi. Lakin o, 30 il əvvəl müharibəni görmüş şəhərdir”.
Bizim.Media xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Cəbrayıl şəhərində vəziyyətlə tanış olduqdan sonra jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, Cəbrayıl hazırda böyük dağıntılar içərisində ruhlar şəhəri kimidir:
“Bu, mənim Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra bölgəyə ilk səfərimdir.
Buranı görmək mənim üçün maraqlıdır. Kənardan baxdıqda bura kiçik bir şəhərə bənzəyir. Lakin yaxınlaşdıqda gördük ki, bura tamamilə dağıdılıb və ruhlar şəhəri olub”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:08 / 06.02.2021
"Cəbrayıl ruhlar şəhəri olub" - Britaniya səfiri
Hazırda oxunan: "Cəbrayıl ruhlar şəhəri olub" - Britaniya səfiri
Hazırda oxunan: "Cəbrayıl ruhlar şəhəri olub" - Britaniya səfiri
10993
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.