Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər saxlanıldı

Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər saxlanıldı

Hazırda oxunan: Gəncədə yol hərəkəti qaydalarını pozan sürücülər saxlanıldı

109919

Gəncədə şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülər saxlanılıb. 

Bizim.Media-nın yerli bürosu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhər regional qrupuna istinadən məlumat verir ki, bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə qadağan olunmuş dövlət qeydiyyat nişanı olmadan, qanunla qadağan edilməsinə baxmayaraq avtomobilə kosntruksiya dəyişikliyi edərək, görməni məhdudlaşdıran vasitələrdən istifadə edərək digər hərəkət iştirakçılarına təhlükə yaratdığı məlum olub. 

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanuna müvafiq tədbir görülüb. 

Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb. 

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO