Ağsuda təcili tibbi yardım maşını qəza törədib - Ölən var 

Ağsuda təcili tibbi yardım maşını qəza törədib - Ölən var 

Hazırda oxunan: Ağsuda təcili tibbi yardım maşını qəza törədib - Ölən var 

109500

Ağsuda Təcili Tibbi yardım maşınının sürücüsü piyadanı vuraraq öldürüb.

Bizim.Media xəbər verir ki, hadisə ötən gecə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Belə ki,Ağsu rayon  Mərkəzi Xəstəxanasının təcili tibbi yardım maşınının sürücüsü 36 yaşlı Bəkirov Natiq İlyas oğlu kənd yolunda hərəkətdə olarkən yolu keçmək istəyən piyada Qaraqaşlı kənd sakini 1975-ci il təvəllüdlü Vəliyev İlkin Yusif oğlunu vurub.

Ağır xəsarətlər alan piyada elə hadisə yerindəcə dünyasını dəyişib.

Onun meyidi müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO