Tarixdə BİR GÜN: 13 dekabrda hansı əlamətdar hadisələr olub?

Tarixdə BİR GÜN: 13 dekabrda hansı əlamətdar hadisələr olub?

Hazırda oxunan: Tarixdə BİR GÜN: 13 dekabrda hansı əlamətdar hadisələr olub?

109203

Yeni başladığımız bu rublikada hər günün əlamətdar hadisələri ilə bağlı ətraflı məlumatlar verməyə çalışacağıq. 

İlk təqvim günümüz isə 13 dekabrdır.

Bəs, bu gün tarixdə hansı əlamətdar hadisələrlə yadda qalıb?

1. Bu gün Əlcəzair xalqının qanlı tarixinin ən dəhşətli səhifələrindən biridir. Məhz bu tarixdə -1960-cı ilin 13 dekabrında Fransa prezidenti Şarl de Qollun Əlcəzair səfərinə qarşı 123 yerli sakin həyatını itirib. 

2. Yunanıstan kralı II Konstantin ölkədə rəhbərliyi ələ keçirən hərbi xuntaya qarşı 13 dekabr 1967-ci ildə hərəkətə keçdi. Ancaq uğursuzluğa düçar oldu. Larissada orduya və xalqa çağırış edən kral ümid etdiyi dəstəyi tapa bilməyincə ailəsiylə birgə İtaliyaya qaçdı.

3. 1981-ci il 13 dekabrda Polşada general Voytsex Yaruzelskinin rəhbərliyi ilə ölkədə hərbi vəziyyət elan olundu. Həmkarlar Təşkilatının 14 min üzvü tək bir gündə həbs edildi.

4. Müasir Azərbaycan Respublikasının müstəqilliyini məhz bu gün dost Pakistan tanıyıb. Bununla da o zaman Azərbaycanın müstəqilliyini tanıyan 3-cü ölkə Pakistan dövləti olub.

5. 13 dekabr 1995-ci ildə Avropa Parlamenti Türkiyənin Gömrük Birliyinə daxil olmasına razılıq verdi.  

6. 2002-ci ilin 13 dekabrında Avropa İttifaqı tarixinin ən böyük genişlənməsini elan etdi: 10 namizəd ölkənin 2004-cü ilin 1 mayından ittifaqa üzv olacağı açıqlandı.

7. ABŞ-ın İraqı işğalından sonra Bağdaddan qaçan ölkə başçısı Səddam Hüseyn doğulduğu Tikrit yaxınlarında bir sığınacaqda 13 dekabr 2003-cü ildə Amerika əsgərləri tərəfindən tutuldu. Onun həbsi İraqda sürən müqavimət hərəkatı üçün sınma nöqtəsi oldu.

8. 2017-ci il 13 dekabrda İslam Əməkdaşlıq Təşkilatı İstanbulda ABŞ-ın Qüdsü paytaxt kimi tanıması və səfirliyini ora daşıma qərarını müzakirə etmək üçün fövqəladə toplantı etdi. 48 ölkədən 16 ölkə başçısı və digər ali rəsmi nümayəndələrin qatıldığı zirvə toplantısında ABŞ-ın qərarına etiraz və Fələstin dövlətinin paytaxtının Şərqi Qüds olduğu bildirildi.  

9. 13 dekabr 1957-ci ildə İranda meydana gələn 7,1 bal gücündə zəlzələdə 1130 adam həlak oldu. 

10. Abel Tasman 1642-ci ilin 13 dekabrında Yeni Zelandiyanı görən ilk Avropalı olub.

Bəs, 13 dekabrda hansı  tarixi şəxsiyyətlər xatırlanır?

1. Məşhur alman astronomu İohan Kepler 1571-ci ilin bu günü Vyurtemberq şəhərində dünyaya gəlib.

2. Astronomiyaya dair ilk əsərini – “Kainatın sirri”ni 25 yaşında qələmə alan gənc alim sonra özünün ixtira etdiyi teleskopdan bəhs edən “Dioptrika” kitabını yazıb.

3. Keplerin tədqiqatlarımüasir astronomiya elmi üçün hələ də əhəmiyyətini itirməyib. (1571-1630)

4. Böyük alman şairi və publisisti Henrix Heyne 1797-ci ilin 13 dekabrında Almaniyanın Düsseldolf şəhərində yoxsul yəhudi ailəsində anadan olub. Ədibin yaradıcılığında Böyük Fransa İnqilabı və maarifçilik ideyaları öz əksini tapır. Henrix Heyne Azərbaycan ədəbiyyatı ilə də maraqlanıb: məqalələrində Nizami Gəncəvinin yaradıcılığını yüksək qiymətləndirib. 

5. Rus ədəbiyyatında simvolizmin nümayəndələrindən sayılan Valeri Bryusov 1873-cü ilin bu günü Bakıda anadan olub. (1873-1924)

6. Misirin Qahirə şəhərində dünyaya gəlmiş Türkiyə siyasətçisi, diplomat və yazıçı Yaqub Qədri Qaraosmanoğlu (Yakup Kadri Karaosmanoğlu) 1974-cü ilin 13 dekabrında 85 yaşında Ankarada dünyasını dəyişib. (1889-1974) 

7. Nərgiz Arif qızı Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində anadan olub. Filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva  M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektorudur.

8. 1979-cu ilin bu günü Türkiyə ədəbiyyatının tanınmış ismi – yazıçı Behçet Necatigil İstanbulda 63 yaşında həyatla vidalaşıb. (1916-1979)  

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO