DYP postunun əməkdaşı faciəvi şəkildə öldü - FOTO

DYP postunun əməkdaşı faciəvi şəkildə öldü - FOTO

Hazırda oxunan: DYP postunun əməkdaşı faciəvi şəkildə öldü - FOTO

109152

Hacıqabul rayonunda ağır yol qəzası baş verib. 

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, ötən gün saat 19 radələrində Bakı-Qazax magistralının Hacıqabulun Pirsaat kəndindən keçən hissəsində “VAZ 21 015” markalı avtomobil arxadan “KamAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin, Şirvan şəhər sakini, 1972-ci il təvəllüdlü Abuzərli Ağabəy Dursun oğlu aldığı xəsarətlərdən vəfat edib, sürücü isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Vəfat edən A.Abuzərli Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin Nəvahi postunun mülki əməkdaşı olub. 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO