Kürdəmirdə xəstəxanada ölən qadınla bağlı rəsmi AÇIQLAMA

Kürdəmirdə xəstəxanada ölən qadınla bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: Kürdəmirdə xəstəxanada ölən qadınla bağlı rəsmi AÇIQLAMA

109090

Dekabrın 11-i saat 21 radələrində Kürdəmir rayonu, Yenikənd kənd sakini 1979-cu il təvəllüdlü Saray Eminovanın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kürdəmir rayon prokurorluğu yayıb.

Araşdırma zamanı müəyyən edilib ki, Saray Eminova dekabrın 10-da “uşaqlığın leomioması, qanaxma ilə, anemiya” diaqnozu ilə xəstəxanaya daxil olub, həmin gün saat 12:00-da isə əməliyyat olunub.
Göstərilən tibbi yardıma baxmayaraq S.Eminova vəfat edib. Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma davam edir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO