Yaşayış minimumu və ehtiyac meyarının bərabərləşdirilməsinə Əli Məsimlidən MÜNASİBƏT

Yaşayış minimumu və ehtiyac meyarının bərabərləşdirilməsinə Əli Məsimlidən MÜNASİBƏT

Hazırda oxunan: Yaşayış minimumu və ehtiyac meyarının bərabərləşdirilməsinə Əli Məsimlidən MÜNASİBƏT

108692

“2023-cü ilin dövlət büdcəsində ehtiyac meyarının yaşayış minimumu ilə eyniləşdirilməsi müsbət haldır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli səsləndirib. 

“Çünki beynəlxalq praktikada da yaşayış minimumu əsas götürülür. Bunun 2023-cü ilin büdcə layihəsində öz əksini tapmasını da alqışlayırıq. Bunu nəzərə alaraq qeyd etməliyəm ki, “Yaşayış minimumu haqqında” və “Ünvanlı sosial yardım haqqında” qanun layihəsi hazırlanıb və oktyabrda Milli Məclisin Aparat rəhbəri Fərid Hacıyevə təqdim edilib”, - deyə deputat əlavə edib.
Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsində yaşayış minimumu və ehtiyac meyarı bərabərləşdirilərək 246 manat məbləğində müəyyən edilib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO