Kür-Bakı magistral su kəmərində qəza baş verib.
Baş vermiş qəza ilə əlaqədar Qaradağ, Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
"Azərsu" ASC-dən Bizim.Media-ya verilən məlumata görə, əraziyə qəza briqadaları və xüsusi texnika cəlb olunub.
Qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Bizim.Media