Azərbaycan Premyer Liqasının 16-cı turunda “Neftçi” – “Qarabağ” oyunundan əvvəl qonaq komandanın 3 azarkeşi saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “İmarət” azarkeş qrupu məlumat yayıb.
Bildirilib ki, matça gedərkən “Qarabağ” tərəfdarları pirotexniki vasitədən istifadə etdiyi əsas gətirilərək Nizami Rayon Polis İdarəsinə aparılıb:
“Bir nəfər üzvümüz polis tərəfindən 500 manat cərimə edilib, digər üzvümüz isə Nizami Rayon Məhkəməsi tərəfindən 8 sutka inzibati həbs cəzası alıb. Tək səbəb oyundan əvvəl azarkeşlərin pirotexniki vasitədən istifadə etməsidir”.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məsələ ilə bağlı açıqlama verib:
“Kütləvi idman oyunlarının təşkili və keçirilməsində təhlükəsizlik tədbirlərinə ciddi əməl edilməlidir. Qaydalara əməl etməyən şəxslərlə bağlı müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunub. Kütləvi idman oyunlarında istənilən neqativ davranışın qarşısı alınır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:13 / 05.12.2022
“Qarabağ” azarkeşi HƏBS OLUNDU
Hazırda oxunan: “Qarabağ” azarkeşi HƏBS OLUNDU
Hazırda oxunan: “Qarabağ” azarkeşi HƏBS OLUNDU
107924
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.