Şəki Olimpiya İdman Kompleksinin və Mingəçevirdə yerləşən “Qədiroğlu” idman klubunun bədii gimnastika bölməsinin üzvləri Milli Gimnastika Arenasında keçirilən təlim-məşq toplanışına cəlb edilib.
Bu barədə Bizim.Media-ya Şəki Olimpiya İdman İdman Kompleksindən məlumat verilib.
Bildirilib ki, bir həftə davam edən məşqlərdə ümumilikdə hər iki komandadan 15 idmançı iştirak edib.
Məşqlərin təşkili idmançıların hazırlıq səviyyəsinin gücləndirilməsi, eləcə də 8-11 dekabr tarixlərində Şəki şəhərində keçiriləcək Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş birgə yarışlar çərçivəsində təşkil ediləcək bədii gimnastika üzrə 27-ci Azərbaycan birinciliyinə hazırlıq xarakteri daşıyır.
Bizim.Media-nın yerli bürosu bildirir ki, Şəki Olimpiya İdman Kompleksində 2021-ci, “Qədiroğlu” idman klubunda isə 2019-cu ildən bədii gimnastika bölməsi fəaliyyət göstərir.
Məlumat üçün bildirək ki, bölgələrdə gimnastikanın inkişafı çərçivəsində müxtəlif regionlardan gimnastlar paytaxtda mütəmadi olaraq təlim-məşqlərdə iştirak edir.
Gələcəkdə ixtisaslı mütəxəssislər bölgələrə üz tutacaq və bu idman növünün sirlərinə daha dərindən yiyələnmək şansı əldə edəcəklər. İlk belə layihələrdən birinin Şəkidə reallaşdırılması planlaşdırılır.
Yeri gəlmişkən, dekabrın 9-u saat 16:00-da Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illik yubileyinə həsr olunmuş gimnastikanın 6 növü üzrə birgə milli yarışların açılış mərasimi təşkil olunacaq.
Açılış mərasimində öz çıxışlarını nümayiş etdirəcək dünya gimnastika ulduzları da yer alır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
21:47 / 04.12.2022
Şəkidə Azərbaycan Gimnastika Federasiyasının 20 illiyi qeyd olunacaq - FOTO
Hazırda oxunan: Şəkidə Azərbaycan Gimnastika Federasiyasının 20 illiyi qeyd olunacaq - FOTO
Hazırda oxunan: Şəkidə Azərbaycan Gimnastika Federasiyasının 20 illiyi qeyd olunacaq - FOTO
107826
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.