Qubada itdən qorxan məktəbli qız öldü – ÖZƏL 

Qubada itdən qorxan məktəbli qız öldü – ÖZƏL 

Hazırda oxunan: Qubada itdən qorxan məktəbli qız öldü – ÖZƏL 

107106

Qubada 8-ci sinif şagirdi olan Gültəkin Orucova itdən qorxub və ölüb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə bu gün səhər Quba rayonunun İkinci Nügədi kəndində baş verib.  

G.Orucova həyətə düşərkən it qəfildən üstünə gəlib və qız qorxub. Halı pisləşən məktəbli qızı ailə üzvləri dərhal Qubaya, sonra Bakıya xəstəxanaya aparıblar.

Şəhid Oqtay Məmmədov adına Birinci Nügədi kənd 1 saylı orta məktəbin direktoru Vüqar İmaməliyev Bizim.Media-ya məlumat verib ki, Bakıda xəstəxanada lazımi yardım edilsə də həkimlərin səyinə baxmayaraq qız orada keçinib. 

G.Orucova İkinci Nügədi kənd qəbristanlığında artıq torpağa tapşırılıb. Dəfn mərasimində ailə üzvləri, məktəb kollektivi, kənd sakinləri, şagirdlər iştirak ediblər.

Məktəblinin qorxudan sarılıq xəstəliyinə tutularaq öldüyü deyilir. Bu, müvafiq araşdırmalardan sonra müəyyən ediləcək.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO