Bakıda əhaliyə göstərilən pullu xidmətin həcmi açıqlandı

Bakıda əhaliyə göstərilən pullu xidmətin həcmi açıqlandı

Hazırda oxunan: Bakıda əhaliyə göstərilən pullu xidmətin həcmi açıqlandı

10693

2020-ci ildə Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu illə müqayisədə real ifadədə 29,6 faiz azalaraq 4 milyard 315,0 milyon manat olub.

Bizim.Media xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 424,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 56,2 faizini təşkil edib.

 

MÖVZU İLƏ BAĞLI:

Bakıda bu məhsulların dəyəri artdı


2020-ci ildə ictimai iaşə dövriyyəsi isə 2019-cu illə müqayisədə real ifadədə 59,4 faiz azalaraq 476,2 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 55,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 44,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu illə müqayisədə 45,0 faiz azalaraq 266,9 milyon manat olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO