“Azəriqaz”ın Salyanda sahibkarlarla görüşü keçiriləcək

“Azəriqaz”ın Salyanda sahibkarlarla görüşü keçiriləcək

Hazırda oxunan: “Azəriqaz”ın Salyanda sahibkarlarla görüşü keçiriləcək

106809

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin sahibkarlarla növbəti görüşü dekabrın 1-də Salyan rayonunda keçiriləcək. 

Bizim.Media bu barədə “Azəriqaz”ın məlumatında bildirilib.

Məlumata görə, görüş İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində təşkil olunacaq. 

Aksiya Təzəkənd ərazisində qazpaylayıcı stansiyanın (QPS) qarşısında baş tutacaq.

“Səyyar qəbul otağı” saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq, müvafiq qərarlar veriləcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO