Bakıda yaşayış binasında yanğın olub, 4 nəfər təxliyə edilib – YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın olub, 4 nəfər təxliyə edilib – YENİLƏNİB

Hazırda oxunan: Bakıda yaşayış binasında yanğın olub, 4 nəfər təxliyə edilib – YENİLƏNİB

106733

Bakı şəhəri, Yasamal rayonu, Əhəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan ikiotaqlı mənzilin eyvanında 2 ədəd su qızdırıcısı və 0,5 p.m dolab yanıb, yüksək temperaturdan eyvanın pəncərə çərçivəsi qismən qarsalanıb.

Bizim.Media xəbər verir ki, bu barədə FHN məlumat yayıb. 

Məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən mənzildən 4 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub. 

Yanğın FHN-nin mühafizə bölmələri tərəfindən söndürülüb.

*** 15.43

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində çoxmərtəbəli yaşayış binasındakı mənzildə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Mənzildə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO