Quba yolunun təmirində YENƏ PROBLEMLƏR var – Bu dəfə GÜNAHKAR kim olacaq?

Quba yolunun təmirində YENƏ PROBLEMLƏR var – Bu dəfə GÜNAHKAR kim olacaq?

Hazırda oxunan: Quba yolunun təmirində YENƏ PROBLEMLƏR var – Bu dəfə GÜNAHKAR kim olacaq?

106323

Uzun müddətdir, Bakı-Quba yolunda təmir-bərpa işlərinə başlanılsa da, yekunlaşmayıb. Vaxtilə 1 milyarddan artıq vəsait hesabına başa gələn yol 4-5 ildən sonra dəfələrlə təmir-bərpa işlərinə baxmayaraq, yararsız hala düşdü.

Yenidən vəsait ayrılaraq təmir edilməsinə başlanılsa da sürücü və sərnişinlər hələ də gözləyirlər.

Mövcud vəziyyətdən isə bu istiqamətdə hərəkət edən sürücü və sərnişinlər əziyyət çəkirlər. Yolda dəfələrlə baş vermiş qəzalarda həyatını itirən insanlar da az olmayıb...

AYDA Bizim.Media-nın məsələ ilə bağlı müntəzəm sorğularına həmişə cavab vermişdi ki, yolun təmiri ilin sonuna qədər tamamilə başa çatdırılacaq.

Hətta Qubadan olan deputat Vahid Əhmədov da bildirmişdi ki, Agentlik yaxşı çalışır və verilən vəd yerinə yetiriləcək.

Amma görünən mənzərə başqadır. Əməkdaşımızın Bakı-Quba yolundan göndərdiyi görüntülərə əsasən, demək mümkündür ki, ancaq bir tərəfi təmir edilən yolda işlərin yekunlaşmasına hələ çox var. Düzdür hətta gecə saatlarında da iş aparılır. Di, gəl yolun 10-15 km-lik elə hissələri var ki, özülü hələ indi qazılmağa başlanılıb. Bu hissənin tam kipləşməsi və bərkidilməsi üçün isə aylar lazımdır. Əgər yağışların, soyuğun düşdüyünü də nəzərə alsaq, tikinti tezbazar icra edilərsə, əmin ola bilərsiniz ki, bu hissələr tezliklə dağılacaq və büdcənin yenidən talanmasına səbəb olacaq.

Ona görə də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə bir də əlaqə saxladıq.

Qurumun sözçüsü Bizim.Media-ya açıqlamasında bir daha israrla bildirdi ki, görülən işlərin bu ilin sonuna yekunlaşacağı planlaşdırılır: 

“Bu ilin sonuna kimi başlanılan işlərin yekunlaşması nəzərdə tutulub”. 

Nə deyirik, təki agentliyin dediyi kimi olsun! Amma məsələnin bəzi detalları üzrə araşdırmamız davam edəcək. Görək bu dəfə keyfiyyət məsuliyyətini kimin üzərinə yükləyəcəyik?

Aləmdə Nəsib, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO