Biləsuvarda yaşayış evi YANDI 

Biləsuvarda yaşayış evi YANDI 

Hazırda oxunan: Biləsuvarda yaşayış evi YANDI 

105754

Biləsuvar rayonunda fərdi yaşayış evində yanğın baş verib.  

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Bəydili kəndində 1956-ci il təvəllüdlü Mehdiman Dadaşova məxsus birmərtəbəli evdə qeydə alınıb.  

Belə ki, yanğın nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli evin dam örtüyünün 10 kvadratmetr sahəsinin yanar konstruksiyaları, mətbəxi və 1 otağının tavanının 40 kvadratmetr sahəsi yanıb.  
Yanğın Biləsuvar Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvələri tərəfindən söndürülüb.  

Faktla bağlı araşdırma aparılır. 

Elşən Feyzullayev, Bizim.Media, Cənub bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO