Kür çayında batan şəxslərdən biri Vətən Müharibəsində iştirak edən qazimiz Sadıqbəyli Ramin Qaçay oğludur.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilib.
MÖVZU İLƏ BAĞLI:
Balıqçılar Kürdə batdı - FHN axtarışdadır
Qeyd edək ki, yanvarın 31-də Mingəçevir şəhəri ərazisindən qayıqla balıq ovuna çıxmış 38 yaşlı Yusifov Səfxan Aydın oğlu və 26 yaşlı Sadıxbəyli Ramin Qaçay oğlunun Kür çayında batmalarına əsaslı şübhələrin olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar olaraq, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Bizim.Media