Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyuldu - SƏBƏB

Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyuldu - SƏBƏB

Hazırda oxunan: Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyuldu - SƏBƏB

105132

Daxili İşlər Nazirliyi Azərbaycan Yüksəliş Partiyasının başqanı Anar Əsədlinin ölkədən çıxışına qadağa qoyulması ilə bağlı yayılan xəbərə münasibət bildirib.

Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, iki vətəndaşdan daxil olmuş şikayət əsasında Anar Əsədlinin barəsində belə bir qərar tətbiq olunub.

Bildirilib ki, bu qərara səbəb iki vətəndaşın dələduzluqla bağlı Daxili İşlər Nazirliyinə etdikləri şikayətdir. Belə ki, A.Əsədli yalan vədlər verərək onların birindən 150 min, digərindən isə 10 min ABŞ dolları pullarını alaraq mənimsəyib. 

Hazırda hər iki müraciətlə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. A.Əsədlinin ölkəni tərk etməsinə qoyulan məhdudiyyət də məhz bu araşdırmalarla əlaqədardır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO