Baş Prokurorluğun təşkilatçılığı ilə Qubada "Söz azadlığı və cəmiyyətin informasiya təhlükəsizliyi" mövzusunda konfrans keçirilib.
Bizim.Media xəbər verir ki, konfransda Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının və Sumqayıt Hərbi Prokurorluqlarının media ilə işləməyə məsul əməkdaşları, DTX-nin Quba rayon şöbəsinin rəisi, inzibati orqan rəhbərləri, digər dövlət və media qurumlarının, qeyri-hökümət təşkilatlarının, təhsil müəssisələrinin nümayəndələri iştirak edib.
Ümummilli lider Heydər Əliyevin Quba şəhərindəki abidəsinin ziyarəti ilə başlayan konfransda Azərbaycanın Dövlət Himni səslənib, şəhidlərimizin xatirəsu bir dəqiqəlik sükutla yad edilib.
Sonra mövzu ətrafında məruzələr dinlənilib. Baş Prokurorluğun idarə rəisi Natiq Abdulllayev mövzu ətrafında danışaraq bu qəbilli tədbirlərin bundan əvvəl 4 regionda - Gəncə, Şəki, Lənkəran və Gədəbəydə keçirildiyini qeyd edib.
Quba İH başçısı Ziyəddin Əliyev belə bir mötəbər tədbirin Qubada keçirilməsini yüksək qiymətləndirib və Qubada hər sahədə olduğu kimi, media sahəsində yeniliklərə də xüsusi diqqət yetirildiyini deyib.
Quba rayon prokuroru Namiq Muradov da tədbir iştirakçılarını salamlayıb. Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov "Media siyasətində hədəflər", DİN-nin Mətbuat Xidmətinin mövzusunda KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "İnformasiya təhlükəsizliyində vətəndaş məsuliyyəti" mövzularında ətraflı çıxış ediblər.
Mövzular ətrafında digər çıxışlarda da vətəndaş, dövlət, media təhlükəsizliyinə mane olan neqativ hallardan xüsusi söhbət açılıb.
Sonra təkliflər dinlənilib. İlk söz alan Bizim.Media-nın əməkdaşı Aytəkin Alxaslı şimal rayonlarının, xüsusən Quba, Qusar, Xaçmaz prokurorluqlarından bəzən hər hansı xəbəri dəqiqləşdirəndə belə informasiya almağın mümkün olmadığını deyib:
"Düzdür, Baş Prokurorluğun Mətbuat Xidməti ölkədə baş verən hadisələri operativ yayır. Amma baş verən hadisələri bəzən dəqiqləşdirmək lazım olanda məlumat almaq olmur".
O, Baş Prokuror Kamran Əliyevə xitabən belə bir təklif də verib:
"DİN-in Mətbuat Xudmətinin Qubada regional qrupu var. Yaxşı olar ki, Baş Prokurorluq regionlarda da belə bir qrup açsın".
Baş Prokurorluğun Mətbuat Xidmətinin böyük prokuroru Kənan Zeynalov səslənən bu və digər təkliflərin rəhbərliyə çatdırılacağını deyərək qaldırılan məsələlərə öz şərhini verib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- A-
- A
- A+
Cəmiyyət
15:27 / 16.11.2022
Bizim.Media-dan Baş Prokurorluğa TƏKLİF - FOTO
Hazırda oxunan: Bizim.Media-dan Baş Prokurorluğa TƏKLİF - FOTO
Hazırda oxunan: Bizim.Media-dan Baş Prokurorluğa TƏKLİF - FOTO
104697
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.