Bərdədə bıçaqlanan qadının kimliyi bəlli oldu - ÖZƏL/FOTO

Bərdədə bıçaqlanan qadının kimliyi bəlli oldu - ÖZƏL/FOTO

Hazırda oxunan: Bərdədə bıçaqlanan qadının kimliyi bəlli oldu - ÖZƏL/FOTO

104273

Bərdədə qadına bıçaq xəsarətləri yetirilib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə, 13 noyabr tarixində 2000-ci il təvəllüdlü Musayeva Göyçək Etibar qızı bıçaqlanma ilə Bərdə mərkəzi rayon xəstəxanasına qəbul edilib.  

Hadisəni törədən şəxsin kimliyinin müəyyən edilərək saxlanılması istiqamətində Bərdə rayon polis şöbəsinin həyata keçirdiyi əməliyyat axtarışlar nəticə verib.

Belə ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində qadına qarşı quldurluq etməkdə və bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, noyabr ayının 13-də naməlum şəxsin bir qadına hücum edərək çantasını ələ keçirtməyə cəhd göstərməsi, müqavimətlə üzləşdikdə isə bıçaqla xəsarət yetirməsi barədə Bərdə RPŞ-yə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Emin Qarayev saxlanılıb. Həmçinin hadisə zamanı istifadə edilən bıçaq aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Bərdə RPŞ-də E.Qarayev barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO