Zaqatalada yanğın: Nənə və onun 2 yaşlı nəvəsi xəsarət aldı

Zaqatalada yanğın: Nənə və onun 2 yaşlı nəvəsi xəsarət aldı

Hazırda oxunan: Zaqatalada yanğın: Nənə və onun 2 yaşlı nəvəsi xəsarət aldı

104161

Zaqatalada mənzildə yanğın baş verib. Yanğın hadisəsi gecə radələrində Zaqatala şəhəri, Qarabağ küçəsində Reyhan İsmayılovaya məxsus, ümumi sahəsi 40 kvadratmetr  olan, üç otaqlı mənzildə qeydə alınıb. 

Bizim.Media-nın yerli bürosunun məlumatına əsasən hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində mənzilin 18 kvadratmetrlik sahəsinin yanar konstruksiyaları və həmin hissədə olan ev əşyaları yanıb.

Eyni zamanda mənzildə kirayədə yaşayan rayon sakini, 42 yaşlı Elnarə Qurbanova və onun körpə nəvəsi 2 yaşlı Elay Dəmirova müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Nənə və nəvəsi dərhal rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yanıq xəsarəti alanlara ilkin tibbi yardım göstərilib. Həkimlər onlara üzün, boyunun və yuxarı ətrafların 2-ci dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyub. 
Hazırda hər iki xəstənin müalicəi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO