Qusar məktəblisi

Qusar məktəblisi "Əziz Şuşa, sən azadsan!" yazı müsabiqəsində 2-ci turun qalibi oldu - FOTO

Hazırda oxunan: Qusar məktəblisi "Əziz Şuşa, sən azadsan!" yazı müsabiqəsində 2-ci turun qalibi oldu - FOTO

104082

Qusar məktəblisi Alita Yurik qızı Qayıbova Elm və Təhsil Nazirliyinin keçirdiyi "Əziz Şuşa, sən azadsan!" mövzusunda inşa yazı müsabiqəsinin respublika mərhələsinin qaliblərindən biri olub və Elm və Təhsil Nazirliyinin 1-ci dərəcəli diplomuna layiq görülüb.

Qusar şəhər Bəhruz Ağaverdiyev adına 1 saylı orta məktəbinin direktoru Arif Xəlilov Bizim.Media-ya bu barədə məlumat verib.

Onun sözlərinə görə, məktəbin 11-ci sinif şagirdi Alita Qayıbova müsabiqənin 5 qalibindən biridir.

"Əziz Şuşa, sən azadsan!" inşa yazı müsabiqəsinin birinci turu rayonlarda keçirilib. Rayonlarda 1-ci yeri tutanlar isə  respublika müsabiqəsinə vəsiqə alıb. Respublika müsabiqəsində  iştirakçılara Şuşanın təbiəti haqda inşa yazmaq tövsiyə edilib.
Qeyd edək ki, "Əziz Şuşa ,sən azadsan!" inşa yazı müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci ili Şuşa ili elan etməsi ilə bağlı 5 yanvar 2022-ci il tarixli sərəncamından irəli gələn vəzifələrlə bağlı tədbirlər əsasında keçirilib.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO