Naxçıvanın icra başçısı qəzaya düşdü - FOTO 

Naxçıvanın icra başçısı qəzaya düşdü - FOTO 

Hazırda oxunan: Naxçıvanın icra başçısı qəzaya düşdü - FOTO 

104031

Naxçıvan şəhər icra hakimiyyətinin başçısı Mirsənani Seyidov yol qəzası keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə jurnalist Sara Əzimova şəxsi “Facebook” hesabında məlumat verib.

Məlumata görə, hadisə bu gün axşam saatlarında Naxçıvan şəhəri Əliabad qəsəbəsi ərazisindən keçən Naxçıvan - Şərur avtomobil yolunda baş verib.

Belə ki, Şərur istiqamətində hərəkət edən "Mitsubishi L-200" markalı avtomobil idarəetməni itirərək əvvəlcə "Hyundai" markalı avtomobilə, ardınca isə Naxçıvan şəhəri istiqamətində hərəkət edən M.Seyidovun şəxsi avtomobilinə çırpılıb.
Avtomobildə tək olan M.Seyidov xəsarət almayıb.

Digər avtomobilin sürücüsü isə yüngül zədələnib. Avtomobillər ağır zərbədən yararsız hala düşüb.

Bizim.Media









 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO