Füzuli rayonunun Arayatlı kəndində ümumi sahəsi 208 m² olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.
Bizim.Media xəbər verir ki, partlayış dalğasının təsirindən otaqların pəncərə çərçivələri dağılıb. Yanğın nəticəsində evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 53 m² olan talvar yanıb. Hadisə zamanı 2 nəfər yanıq xəsarəti alıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Bizim.Media
![Füzulidə evdə PARTLAYIŞ - Xəsarət alanlar var Füzulidə evdə PARTLAYIŞ - Xəsarət alanlar var](https://bizim.media/file/articles/2022/11/09/1667974156_2.jpg)
- A-
- A
- A+
Cəmiyyət
09:55 / 09.11.2022
Füzulidə evdə PARTLAYIŞ - Xəsarət alanlar var
Hazırda oxunan: Füzulidə evdə PARTLAYIŞ - Xəsarət alanlar var
Hazırda oxunan: Füzulidə evdə PARTLAYIŞ - Xəsarət alanlar var
103421
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.