Ədliyyə nazirliyi Şəki Pentensiar Müəssisəsinin ümumi ağır rejimli korpusunda 2020-ci ildən cəza çəkən 46 yaşlı Balakən rayon sakini Rəşad Qardaşov vəfat edib.
Bu barədə Bizim.Media-ya mərhumun tanışları məlumat verib.
Belə ki, Rəşadın səhhəti qəflətən pisləşib və o dərhal müəssisənin Tibb Hissəsinə aparılıb. Lakin o, həkim otağında vəfat edib. Tanışları mərhumun kamera yoldaşlarına istinadla bildirib ki, Rəşad son vaxtlar ürəyindəki ağrılardan şikayət edirmiş.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma başlanılıb.
Xatırladaq ki, Rəşad Qardaşov külli miqdarda narkotik saxlamaqda təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmişdi və 2020 ci ilin may ayından həbsdə idi.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu
- A-
- A
- A+
Cəmiyyət
09:38 / 04.11.2022
Azərbaycanda həbsxanada məhkum öldü
Hazırda oxunan: Azərbaycanda həbsxanada məhkum öldü
Hazırda oxunan: Azərbaycanda həbsxanada məhkum öldü
102755
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.