Britaniya və BMTİP Azərbaycandakı əməkdaşlığı genişləndirir

Britaniya və BMTİP Azərbaycandakı əməkdaşlığı genişləndirir

Hazırda oxunan: Britaniya və BMTİP Azərbaycandakı əməkdaşlığı genişləndirir

10163

Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Alessandro Frakassetti ilə görüşüb.

Bizim.Media xəbər verir ki, tərəflər Azərbaycanda gender bərabərliyinin təbliği və enerji səmərəliliyinin artırılması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüşün yekununda iki razılaşma imzalanıb.

Bunlardan biri Britaniya hökumətinin təqdim etdiyi resurslarla BMTİP-nin Qadın Resurs Mərkəzlərinin uğurlu fəaliyyətini Bərdə, Ağcabədi və Tərtər şəhərlərində həyata keçirməkdir.

İkinci razılaşma isə Gəncə və Bərdədə yerləşən binalarda enerji səmərəliliyinin təbliğinə dəstək və innovativ yaşıllaşdırma infrastrukturu yaratmaq barəsində Əməkdaşlıq Memorandumudur.

Qeyd edək ki, sözügedən bölgələrin seçilməsi təsadüfi deyil. Belə ki, hər iki şəhərə hərbi münaqişə nəticəsində ciddi ziyan dəyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO