Qusarda Qarabağ döyüşləri və Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılıb - FOTO 

Qusarda Qarabağ döyüşləri və Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılıb - FOTO 

Hazırda oxunan: Qusarda Qarabağ döyüşləri və Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılıb - FOTO 

101335

Qusar rayonunun Ləyərqışlaq kəndində Qarabağ döyüşləri və Vətən Müharibəsi şəhidlərinin xatirəsi anılıb.  

2009-cu ildə Qarabağ münaqişəsi dövründə şəhid olmuş Əlipaşa Əliyev və Vətən Müharibəsi şəhidi Vüsal Şirinovun Ləgərqışlaq kənd qəbristanlığındakı məzarları ziyarət edilib. 

Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar şöbəsinin rəhbəri Canəli Hörmətovun Bizim.Media-nın Şimal bürosuna verdiyi məlumata görə, şəhidlərin məzarları önünə tər güllər düzülüb.  

Ailə üzvləri,  şəhid ailələri və qazilər, ictimaiyyət nümayəndələri şəhidlər Əlipaşa Əliyevin və Vüsal Şirinovun döyüş şücaətləri ilə Qarabağla bağlı tarix yazdıqlarından danışıblar.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO