Bakıda həkim yolu keçən piyadanı avtomobillə öldürdü

Bakıda həkim yolu keçən piyadanı avtomobillə öldürdü

Hazırda oxunan: Bakıda həkim yolu keçən piyadanı avtomobillə öldürdü

100791

Bakının Suraxanı rayonunda ağır yol qəzası baş verib.

Bizim Media APA-ya istinadən bildirir ki, hadisə aeroport şossesinin Əmircan qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

Belə ki, magistral yolda piyada - 1986-ci il təvəllüdlü Xalıqov Zaur Aydın oğlu yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub.

Sürücü xəsarət almış piyadanı xəstəxanaya aparararkən Z.Xalıqov yolda dünyasını dəyişib.

Qeyd edək ki, hadisəni törədən sürücü Eldəniz Əliyev akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində ürək-damar cərrahiyə şöbəsinin həkimidir.

O, yaralı piyadaya ilkin tibbi yardım göstərib. Daha sonra yaralını xəstəxanaya aparmağa çalışıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları sürücünün izahatını alıb və araşdırma aparılır.

Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO