Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Hazırda oxunan: Sabah hava necə olacaq? – PROQNOZ

100458

Oktyabrın 22-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Axşama doğru tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 13°-dək isti, gündüz 14-16° isti, Bakıda gecə 13°-dək isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-7° isti olacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO