Biləcəridə ağır QƏZA - Qadını öncə maşın vurdu, digəri də üstündən keçdi

Biləcəridə ağır QƏZA - Qadını öncə maşın vurdu, digəri də üstündən keçdi

Hazırda oxunan: Biləcəridə ağır QƏZA - Qadını öncə maşın vurdu, digəri də üstündən keçdi

100047

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media DİN-in Mətbuat Xİdmətinə istinadən xəbər verir ki, oktyabrın 16-da saat 18 radələrində yolu keçən qəsəbə sakini Sürəyya Əfəndiyeva müəyyən edilməyən avtomobillə vurulub, arxadan gələn Bakı şəhər sakini H.Fətullayev idarə etdiyi “Hyundai” markalı avtomobillə onun üzərindən keçib.  

Qəza nəticəsində piyada hadisə yerində ölüb. Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən olunub və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini Vahid Mahmudov saxlanılıb.  
Araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO