ABŞ-da yaşayan və ən böyük alimlərdən sayılan iki azərbaycanlı

ABŞ-da yaşayan və ən böyük alimlərdən sayılan iki azərbaycanlı

Hazırda oxunan: ABŞ-da yaşayan və ən böyük alimlərdən sayılan iki azərbaycanlı

120836
Moderator.az ABŞ universitetlərində çalışan və çağdaş dünyanın ən güclü bioinformatik alimlərindən hesab olunan iki azərbaycanlı haqqında materialı təqdim edir.
xa0
Nobel mükafatçıları ilə bir sırada dayanan azərbaycanlı

Haqqında danışacağımız iki azərbaycanlıdan biri professor Asəf Salamovdur. Hazırda Kaliforniya ştatının Birləşmiş Genom İnstitutunun enerji şöbəsində çalışır. Bütün dünya üzrə 3215 alimin, xa0Nobel mükafatı laureatlarının da yer aldığı siyahıda Asəf Salamovun da adı var. O, xa02 istiqamət - kimya-biologiya və biologiya, eləcə də bitki və zoologiya elmləri üzrə ən çox sitat gətirilən alimlərdən biridir.xa0

Asəf Salamov 1961-ci ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. SSRİ EA-nın Sitologiya və Genetika İnstitutunda 1987-1990-cı illərdə Sitologiya və Genetika İnstitutunun aspirantı olub. 1991-ci ildə "Qlobulyar zülalların ikincili quruluşunun təkamülü" mövzusunda dissertasiya işini böyük müvəffəqiyyətlə müdafiə edərək, biologiya elmləri namizədi elmi adını alıb. 1993-1996-cı illərdə ABŞ-ın Texas Beylor Tibb kollecində, 1997-1998-ci illərdə Yaponiyada Heliks Tədqiqat İnstitutunda, 1998-2000-ci illərdə Birləşmiş Krallığın Kembric şəhərində yerləşən Senger İnstitutunda, 2000-2002-ci illərdə ABŞ Kaliforniya ştatının San-Fransisko şəhərində Biotexnologiya kompaniyasında işləyib. 2002-ci ildən bu günə qədər ABŞ-ın Birləşmiş Genom İnstitutunda çalışır.xa0
Eyni zamanda, Asəf Salamov 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafi Fondunun qalibi olan mərhum xa0akademik Cəlal Əliyevin rəhbərlik etdiyi beynəlxalq layihələrin icraçılarından biridir. Məşğul olduğu sahə riyaziyyat və kompyuter elmlərinin molekulyar biologiyada və əsasən də makromolekulların öyrənilməsində tətbiqidir. Asəf Salamov 65-dən çox elmi məqalənin müəllifidir. Onun məqalələri dəfələrlə yüksək impakt-faktora malik çox nüfuzlu "Nature", "Science" jurnallarında dərc olunub. O, həmçinin "İnsan genomu" üzrə Beynəlxalq layihənin iştirakçilarından biri olub. Bununla da Azərbaycan elmində ilkə imza atıb.xa0

Tahir Tahirovxa0

Bu alimimiz də hazırda ABŞ-da fəaliyyət göstərir. İndiana ştatındakı Epli İnstitutunun professoru olan Tahirov haqqında azərbaycandilli mənbələrdə təəssüflər olsun ki, heç bir məlumat yoxdur. (Elə Asəf Salamov haqqında da geniş bilgilər yoxdur. Yalnız akademik İradə Hüseynovanın Salamov haqqındakı kiçik qeydlərindən və ABŞ-da çalışdığı elmi qurumun elektron bazasından müəyyən məlumatlar əldə etmək mümkündür). O cümlədən bioinformatika sahəsində ən çox istinad olunan həmyerlimiz Tahir Tahirov barəsində də Epli İnstitutunun rəsmi saytına müraciət etdik.xa0
Tahir Tahirov insan geninin bütün informasiyaları özündə qoruyub saxlaması və bu qoruma prosesinin davamlı inkişafı sahəsində əsaslı araşdırmalar aparıb.xa0
Bu proseslərin hər ikisi çox mürəkkəbdir. Zülal və nukleyinin qarşılıqlı əlaqələndirilməsi mürəkkəb sistem daxilində baş verir. Bu zaman yüksək molekullu birləşmələrə həmin sistem daxilindəki proseslərdə rast gəlmək olar. Belə olan surətdə insanda tez-tez xərçəng və digər xəstəliklərin yaranma ehtimalı çoxalır. Tahirovun çalışdığı laboratoriyada zülallarda informasiya halında olan xəstəliklərin aşkarlanması və onların aradan qaldırılması istiqamətində çox böyük işlər aparılıb. Elə Tahirovun özünün də bu istiqamətdə gördüyü bəzi elmi araşdırmalar gələcəkdə bəzi xəstəliklərin aradan qaldırılmasına şərait yaradacaq. İnstitutun əsas alimləri sırasında yer alan Tahirovun bəzi elmi işləri dünyanın başqa araşdırma mərkəzlərində də tətbiq olunur. Qeyd edək ki, Moderator.az saytına Tahir Tahirov haqqına hazırda Kembricdə çalışan azərbaycanlı professor Qərib Mürşüdov məlumat verib.

Elmin NURİ
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO