Apple 2 ədəd qatlana bilən iPhone üzərində çalışır

Hazırda oxunan: Apple 2 ədəd qatlana bilən iPhone üzərində çalışır

38080

Apple şirkəti 2 ədəd qatlana bilən iPhone üzərində çalışır. İnsayderlər artıq sözügedən iPhone modellərinin təqribi təqdimat ilini və əldə edəcəkləri texniki özəlliklər barəsində məlumatlar veriblər.

Bzim.Media xəbər verir ki, Apple mühəndislərinin sözlərinə görə, 2023-cü ildə təqdim oluna bilərlər.

Məlumata əsasən 2 dizaynı nəzərdən keçirdir.

Onlardan biri Galaxy Z Fold 3 modelinə, digəri isə Galaxy Z Flip 3 modelinə bənzəməlidir.

Qatlana bilən iPhone modellərinin istehsalında Apple şirkəti LG-nin ekranlarından istifadə edəcək.

Gözləntilərə əsasən Galaxy Z Fold 3 dzaynında reallaşdırılacaq iPhone modeli 7.5 düym ekran ilə təchiz olunacaq.

Lakin Galaxy Z Flip 3 dizaynında reallaşdırılacaq iPhone-nun hansı ölçüdə ekran ilə təchiz olunacağı bilinmir.

Hələ bir neçə müddət bundan öncə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Apple 2023-cü ildə 15-20 milyon ədəd qatlana bilən cihazı satışa çıxardacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO