7 gün sonra Şuşaya avtobus marşurutu açılır – Getmək istəyənlərə hansı tələb qoyulacaq? – RƏSMİ CAVAB 

7 gün sonra Şuşaya avtobus marşurutu açılır – Getmək istəyənlərə hansı tələb qoyulacaq? – RƏSMİ CAVAB 

Hazırda oxunan: 7 gün sonra Şuşaya avtobus marşurutu açılır – Getmək istəyənlərə hansı tələb qoyulacaq? – RƏSMİ CAVAB 

55751

Yanvarın 24-dən etibarən azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutlarının açılacağı bildirilir. 

İlkin mərhələdə Şuşa və Ağdama avtobusların getməsinə şərait yaradılacağı qeyd olunur. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycandakı bu səfirlərə Şuşaya getməmək tapşırığı verilib? – Politoloqdan AÇIQLAMA


Məlumata görə, Bakı şəhərindən, Füzuli rayonunun Əhmədbəyli kəndindən (Zəfər Yolu ilə) və Füzuli Beynəlxalq Hava Limanından Şuşa şəhərinə, eləcə də Bakıdan Ağdam şəhərinə marşrut xətləri fəaliyyət göstərəcək.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə marşurut xətlərinin qrafiki sərnişinlər üçün bilet alışı, gediş-gəliş qaydaları və pandemiya ilə bağlı tələblər barədə rəsmi açıqlama hələki verilməyib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Günay Əliyeva sözügedən məsələ ilə bağlı yaxın zamanlarda ictimaiyyətə məlumat veriləcəyini deyib.

Şuşaya avtobus fəaliyyətinin başlanmasına sayılı günlər qaldığını xatırlatsaq da, qurum rəsmisi hələlik heç bir məlumat açıqlamayacağını qeyd edib:

“Bu movzuda ictimaiyyətə açıqlama verilmir. Yaxın zamanda məlumat olacaq”, - deyə o, vurğulayıb. 

Məlumata görə peyvənd sertifikatı olmayan sərnişinlər azad olunmuş ərazilərə səfər edə bilməyəcəklər.   


Xatırladaq ki, azad olunmuş torpaqlara ilk marşrut xətti hələ 2020-ci ilin yanvar ayında Cocuq Mərcanlıya açılıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO