Azərbaycanla Belarus arasında qida təhlükəsizliyi ekvivalenti sistemi ilə bağlı ilkin razılıq əldə olunub

Azərbaycanla Belarus arasında qida təhlükəsizliyi ekvivalenti sistemi ilə bağlı ilkin razılıq əldə olunub

Hazırda oxunan: Azərbaycanla Belarus arasında qida təhlükəsizliyi ekvivalenti sistemi ilə bağlı ilkin razılıq əldə olunub

192317

Azərbaycanla Belarus arasında ət-ət məhsulları, süd-süd məhsulları ilə əlaqədar Qida Təhlükəsizliyi Sisteminin ekvivalenti kimi tanınması barədə ilkin razılıq əldə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Belarusun kənd təsərrüfatı və ərzaq naziri Sergey Bartoşla görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

“Bizim həmkarlar Belarusda istehsal olunan baytarlıq preparatları ilə də yaxından tanış olurlar. Hazırda həmkarlarımızla bir ekspert qrupunun yaradılması qərarına gəlmişik. Həmin ekspert qrupu bir müddət araşdırdıqdan sonra artıq qərar veriləcək ki, Azərbaycanda da baytarlıq preparatlarının istehsalı hansı istiqamətdə həyata keçirilsin”, - deyə Qoşqar Təhməzli bildirib.

Belaruslu həmkarlarla görüşdən bəhs edən Qoşqar Təhməzli qeyd edib ki, bu gün Belaruslu həmkarları ilə ətraflı müzakirələr aparılıb:

“Müzakirələr əsasən məhsulların keyfiyyəti və təhlükəsizlik göstəriciləri üzrə dövlət nəzarətinin gücləndirilməsi ilə əlaqədardır. Belə ki, Belarus Respublikasından Azərbaycana yüksək riskli məhsullar idxal olunur ki, bunlar ət və ət məhsulları, süd və süd məhsulları, balıqçılıq və quşçuluq sektorundan olan məhsullardır. Bununla əlaqədar biz həmkarlarımızla həmin məhsullar üzərində dövlət nəzarətinin gücləndirilməsi barəsində ətraflı müzakirələr apardıq”.

Q.Təhməzli əlavə edib ki, Belarusdan olan həmkarlar Azərbaycanda laboratoriyalar və Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyəti ilə yaxından tanış olublar. Onun sözlərinə görə, hazırda qida təhlükəsizliyi institutu bu sektorda regionda ən peşəkar və təchizatlı beynəlxalq akkreditasiyadan keçmiş laboratoriyalara malik institutdur.
“İnstitut həm xüsusi təhlükəli xəstəliklərin, həm bitki mənşəli məhsulların, həm də qida məhsullarının bütün göstəricilərinə görə ekspertizasını həyata keçirə bilir”, - deyə Q.Təhməzli vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO