Ramiz Mehdiyev Elton Məmmədovu işdən niyə çıxarıb? — TƏFƏRRÜAT

Ramiz Mehdiyev Elton Məmmədovu işdən niyə çıxarıb? — TƏFƏRRÜAT

Hazırda oxunan: Ramiz Mehdiyev Elton Məmmədovu işdən niyə çıxarıb? — TƏFƏRRÜAT

51875

Sabiq deputat Elton Məmmədovun bu ilin aprel ayında AMEA-dakı İşlər idarəsinin müdiri vəzifəsindən azad olunmasının yeni təfərrüatları bəlli olub. 

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, AMEA-nın prezidenti Ramiz Mehdiyev Elton Məmmədovu vəzifəyə təyin edərkən ondan şəxsi vəsaiti hesabına AMEA-da müəyyən təmir-bərpa işlərinin aparılmasını tələb edib. 
 

MÖVZU İLƏ BAĞLI:

Xalid Niyazovla Ramiz Mehdiyev kəllə-kəlləyə gəldi - AMEA qarışdı


Mənbə bildirir ki, işdən çıxarılan məmurları "köhnə komanda"nın üzvləri adlandıran Ramiz Mehdiyev Elton Məmmədova bu şəxslərin birləşməsinin vacibliyini də bildirib. 

Nəticədə, Elton Məmmədov AMEA-da öz şəxsi vəsaiti hesabına müəyyən təmir işləri həyata keçirib. İş bitəndən sonra isə Ramiz Mehdiyevin Elton Məmmədova olan münasibəti tamamilə dəyişib.

Daha sonra isə o, yaxınları vasitəsilə Elton Məmmədova işdən azad olunduğu barədə xəbər göndərib.

Onu da qeyd edək ki, Elton Məmmədov işdən qanunsuz çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırıb və məhkəmə onun iddiasını təmin edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO